Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı-Quba yolunda qoz ağaclarını kəsdilər

  104
10:45 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən Paralel.az-a verilən məlumata görə, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.


Yazarlar