Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ərdoğan seçkilərdə qalib gələcək - PROQNOZ

  125
10:30 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

“Türkiyədə prezident seçkilərinə az bir müddət qalıb. Bu səbəbdən namizədlərin gərgin mübarizəsi aydın görülməkdədir. Onu qeyd etmək doğru olar ki, əsas və ən böyük müxalif Cümhuriyyət Xalq Partiyası namizədi Muharrəm İncə namizəd göstərməsi, cəmiyyətdə müəyyən təbəqəni məyus etdi”.

 

Bunu Çağdaş Strateji Araşdırma Mərkəzi rəhbəri,  politoloq Seymur Süleymanov Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, həmin təbəqə sol görüşlü şəxslərdir və onlar ən çox CHP sədri Kamal Kılıçdaroğlunun namizəd olacağını güman edirdilər:

 

“Ancaq əfsuslar olsun ki, Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğana rəqib olmağa cürət edə bilmədi. Bunun bir çox səbəbləri mövcuddur. Lakin ən böyük səbəbi budur ki, Kılıçdaroğlu prezident seçkilərində qalib gələ bilməsəydi, məcbur partiya sədriliyindən istefa verməli idi. Şayiələr gəzir ki, Kılıçdaroğlu prezident postuna görə deyil, daha çox partiyada liderliyi qorumaq pespektivindən narahatdır. Mövcud ssenariyə əsasən, müxalifət “beşlik”lə gedərək səsvermənin ikinci turuna və  Ərdoğanı hakimiyyətdən aşırmağı bacaran vahid namizəd irəli sürməyə nail ola bilər. Məhz CHP sədri bu səbəbdən Muharrəm İncənin namizədliyini irəli sürdü”.

 

Politoloq qeyd edib ki, seçkilərdə hazırkı prezident Ərdoğanın yenidən qalib gələcək:

 

“Xüsusən vurğulamaq istəyirəm ki, seçkilərdə Ərdoğana rəqib namizəd yoxdur. Bu reallıqdır ki, namizədlər (Ərdoğan istisna olmaqla) prezident postuna iddialı olsalar da, onlar Ərdoğanın qalib gəlməsini istəyirlər. Bəli, bu reallıqdır. Çünki Türkiyə indiki vəziyyətdə dəyişikliyə hazır deyil. Həm daxildə, həm də regionda baş verən proseslər bunu deməyə əsas verir. Və bu proseslərin qarşısını illərdi hakimiyyətdə olan və böyük təcrübəyə malik olan Ərdoğan ala bilər. Məhz bu aspektdən yanaşdığımızda nə Muharrəm İncə, nə də Meral Akşener prezidentlik səlahiyyətlərinə malik olacaq təcrübədə deyillər. Ən doğru seçim Ərdoğandır. Çünki ona rəqib normal namizəd meydana çıxarmadılar. Özləri bilərəkdən...”.


Yazarlar