Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bu gün Avroliqanın qalibi müəyyənləşəcək - Favorit "Atletiko"dur

  138
00:40 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.

 

Paralel.az-ın  məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşəcək.

 

Lion şəhərində baş tutacaq həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gələcək. Marsellilər 25 illik kubok həsrətinə son qoymağa çalışacaq.

 

 

1992/93 mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

 

“Atletiko” isə 6-cı kuboku qazanmaq əzmindədi. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə edib. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

 

Qeyd edək ki, “Marsel” qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.


Yazarlar