Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mərhum jurnalistin bacısı yeni mənzilin açarlarını aldı - FOTOLAR +

  103
23:20 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində yeni mənzillə təmin olunub. Modern.az-ın məlumatına görə, mayın 15-də mənzilin açarı Sevinc Əliyevaya təqüdim olunub.

 

“Cənab Prezidentimiz İlham Əliyevə və “Qaçqınkom”un sədri Rövşən Rzayevə məni evlə təmin etdiklərinə görə təşəkkür edirəm.Çətin günümdə mənim yanımda olan jurnalistlərə minnətdaram”, deyə S.Əliyeva bildirib.

O, sosial şəbəkədə yeni mənzilinin şəkillərini də paylaşıb.

 

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısının Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsindəki mənzili yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva maddi və mənəvi problemlərlə üzləşib.

 

Evsiz qalan xanım nəhayət ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin tapşırığı ilə mənzillə təmin olunub. 


Yazarlar