Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vəzifədən sui-istifadə ilə bağlı müraciətlər artıb - Hesablama Palatası  

  133
11:31 11-05-2018
Şriftin ölçüsünü dəyiş  

2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 mln. manat vəsait əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir.


Modern.az
xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il fəaliyyəti barədə Milli Məclisinə daxil olmuş hesabatda göstərilib.


Qeyd olunub ki, hesabat ilində aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə çox olub.


Rəsmi məlumata görə, 2016-cı ildən başlayaraq büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilmiş hesabat və məlumatların təhlili aparılır.


Palatanın 2016-cı ilin dövlət büdcəsinin icrası üzrə tərtib edilən Rəyində büdcənin icrası ilə bağlı hesabat məlumatlarının və qurumların vəsaitlərin istifadəsinə dair təqdim etdikləri məlumatların müqayisəsini təmin etmək məqsədilə həyata keçirilən 117 qurum üzrə hesabat məlumatların təhlili 10,5 mlrd. manata yaxın məbləği və ya 2016-cı il dövlət büdcəsi xərclərinin 59,0%-ni əhatə edib.


Yaxın günlərdə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti barədə Hesabat Milli Məclisində müzakirə olunacaq.


Hesabatda 2017-ci ildə Palataya poçt, elektron poçt, teleqram və faks vasitəsi ilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3% az olduğu göstərilir.


Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 % artıb.
Sosial məsələlərlə bağlı 62 ( 2016-cı il illə müqayisədə 10,7 % çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərə cavab olaraq vətəndaşlara Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılması mümkünsüzlüyü və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə İş planlarında nəzərə alınacağı barədə məlumat verilib.

Həmçinin, daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilib, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilmiş və bu barədə müraciət edənlərə yazılı məlumat verilmiş, 6 müraciət müvafiq qaydada həll edilib, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanılıb. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan müraciətdən 83-ü eyni məzmunlu təkrar müraciətlərdir.

Yazarlar