Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Diaspor Komitəsində 5 vəzifəli şəxs işdən azad edildi

  85
12:50 09-05-2018
Şriftin ölçüsünü dəyiş  

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub. Modern.az saytının əldə etdiyi məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.

Digərlərinin isə ərizəsi alınıb.

Xatırladaq ki, Komitə sədri Fuad Muradov prezident İlham Əliyev diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verdiyini deyib.

O qeyd edib: "Demək olar ki, hər gün yeni istiqamətdə yanaşmalar, eyni zamanda, mütləq qaydada kadr dəyişiklikləri olacaq. Bu istiqamətdə ciddi işlərimiz gedir. Komitənin işində yeni istiqamətlər olmalıdır. Yeni kadrlar müxtəlif dilləri bilməlidirlər. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".

F.Muradov bildirib ki, diaspor işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərlə bağlı olmalıdır:

"Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, Vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kimlər yeni tələbləri, yanaşmaları qəbul edəcəklərsə, onların hamısı işini davam etdirəcək".

 

Yazarlar