Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat vətəndaşları qəbul etdi +

  132
16:15 23-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Paralel.az xəbər verir ki, qəbulda Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif  problemlərin həllində köməklik istəyən seçicilərlə yanaşı, Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar da iştirak edib.

 

Qəbul zamanı bud-çanaq oynağının protezlənməsi, süni mayalanma və digər müxtəlif cərrahi əməliyyatlar o, cümlədən orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov  müraciət edən vətəndaşları təkbətək dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirdi.

 


Yazarlar