Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

 Yerevan Dövlət Universitetində aksiyalar başladı

  121
11:30 23-04-2018
Şriftin ölçüsünü dəyiş  

erevan Dövlət universitetinin tələbələri kütləvi aksiyalara start verdilər.

 

Paralel.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar səhər erkən saatlardan universitetin həyətinə yığışıblar.

Onlar müəllimlərini də aksiyalara qoşulmağa çağırıblar.

 

İndi isə etirazçılar Yerevanın müxtəlif küçələrində qruplar halında etiraz şüarları səsləndirilər.

Bəzi qruplar bir neçə küçəni bağlayaraq hərəkəti iflic etmək istəyirlər.

 

Etirazçıların əsas şüarı həbs olunmuş deputatların dərhal buraxılmasıdır.

Xatırladaq ki, Ermənistan parlamentinin üç deputatı həbs olunub. Bunlar etirazçıların lideri Nikol Paşinyan, onun tərəfdaşları Ararat Mirzoyan və Sasun Mikaelyandır. Hər üç deputat parlamentdə “Çıxış” bolkunun üzvləridir. Onların hazırki baş nazir Serj Sarkisyanın istefasını tələb etdiklərinə görə həbs ediliblər.

 

Əvəz ZEYNALOV


Yazarlar