Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda ƏMƏLİYYAT:  Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

  94
11:25 23-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bakıda qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb.

 

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Paralel.az-a daxil olan birgə məlumatında qeyd olunur.

 

DTX, DİN və Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

 

Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

 

Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.

 

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.


Yazarlar