Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

  264
23:35 21-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.

Modern.az  xəbər verir ki, Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı  Sahil Babayev  tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü  Rövşən Rzayev  Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. Şükür Rzayev çoxlarının yaddaşında təmənnasız, prinsipial və sözübütöv insan kimi qalıb.

Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən  İnam Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır. (axar.az)


Yazarlar