Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

  147
21:15 21-04-2018
Şriftin ölçüsünü dəyiş  

“Google” korporasiyasının mütəxəssisləri süni intellekt və əlavə reallıq texnologiyası əsasında xərçəng xəstəliyini dəqiq diaqnostika edə bilən “ağıllı” mikroskop hazırlayıblar. Yeni qurğu süni intellekt və əlavə reallıq texnologiyasından başqa, bu texnologiyalarla işləməsi üçün bir qədər dəyişdirilmiş standart optik işıq mikroskopuna əsaslanır.

Modern.az xarici mediaya  xəbər verir ki, texnologiya qismən təchiz edilmiş istənilən tibbi laboratoriyada tətbiq edilə bilər. Platforma real vaxt rejimində təsvirlərin analizini aparmağa və tədqiq olunan hüceyrələrin tanınmasının nəticələrini təqdim etməyə imkan verir. Təsvirin yenilənməsinin tezliyi saniyədə 10 kadrdır ki, bu da diaqnostika üçün kifayət edir. Alqoritm maşın təlimi texnologiyalarına əsaslanır.

“Google” mütəxəssislərinin sözlərinə əsasən, yeni diaqnostika metodunu istənilən onkoloji patologiyaların aşkarlanması üçün tətbiq etmək olar. Lakin hazırda qurğu limfa düyünlərində süd vəzi xərçənginin metastazlarını müəyyən edir.


Yazarlar