Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

  139
00:00 21-04-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya, Çin, İran və Şimali Koreya "qeyri-sabitlik qüvvələridirlər", bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatına istinadən AFP məlumat yayıb.

"Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri, məsələn, gündəlik olaraq öz hüdudları daxilində insan haqlarını pozurlar və nəticədə qeyri-stabillik qüvvələrinə çevrilirlər", - deyə dövlət katibi vəzifələrinin icraçısı Con Sallivan bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət orqanları təhlükəsizliyi qoruyub saxlaya və vətəndaşların əsas ehtiyaclarını təmin edə bilmirlər, bəziləri isə bunu istəmirlər.


Yazarlar