Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputatdan ÇAĞIRIŞ: “Səfirliklərimiz yenidən formalaşmalıdır”

  12
16:20 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

“İnformasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

 

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

 

Deputat bildirib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır. “Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

 

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanını başqalarının öhdəsinə buraxmamalıyıq.

 


Yazarlar