Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

YAP-dan mitinqlə bağlı AÇIQLAMA - “Xalqına, dövlətinə düşmən kəsilən insanlardır”

  72
19:35 14-04-2018
Şriftin ölçüsünü dəyiş  

“Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Bunu ora gələn insanların sayına baxıb demək kifayətdir. Çünki onların siyasi nüfuzu cəmiyyətdə aşağıdır. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.

 

Bunu Paralel.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

 

Eldar İbrahimov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb.

“Dediklərinin hamısı yalan fikirlər idi.  Onlar qərəzli fikirli, qərəzli adamlardırlar. Xalqına, dövlətinə düşmən kəsilən insanlardır.  Ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.

 

 

Yazarlar