Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Facebook”u çökdürən şirkətin azərbaycanlı milyarder-oliqarxla əlaqəsi üzə çıxdı

  119
12:55 23-03-2018
Şriftin ölçüsünü dəyiş  

50 milyona yaxın amerikalı “Facebook” istifadəçisinin şəxsi məlumatlarını onların xəbəri olmadan toplayan və bu məlumatlardan prezident seçkilərində Donald Trampın xeyrinə istifadə edən “Cambridge Analytica” şirkətinin azərbaycanlı milyarder-oliqarxla əlaqəsi üzə çıxıb.

 

Virtualaz.org xəbər verir ki, şirkət rusiyalı neft maqnatı Vahid Ələkbərovun “Lukoil” şirkəti ilə birbaşa əməkdaşlıq edirmiş. Bu, şirkətin icraçı direktoru Aleksandr Niksin yazışmalarından məlum olur.

 

 

Niksin gizli videogörüntülərinə əsasən o, seçkilərə elektron vasitələrlə təsir göstərmək imkanları barədə danışır. Konqresin kəşfiyyat komitəsinin üzvü Adam Şiff diqqəti buna cəlb edir ki, ruslar da Amerika seçkilərinə məhz bu yolla, sosial şəbəkələrdə feyk səhifələr yaratmaqla təsir ediblər. Xəbər verildiyi kim Amerikanın “The New York Times” və Britaniyanın “The Guardian” qəzetlərinin birgə araşdırması zamanı “Cambridge Analytica” şirkətinin “Facebook”un 50 milyona yaxın amerikalı istifadəçisinin fərdi məlumatlarını onların icazəsi olmadan toplayıb analiz etdiyini üzə çıxarıb. 

Bu məlumatlar daha sonra seçicilərin mövqeyini və onların seçkilərdə necə səs verə biləcəyini müəyyən edən proqramda istifadə edilib. Bu qalmaqal “Facebook” şirkətinin faktiki çöküşünə səbəb olub, şirkətin səhmləri bir neçə gün ərzində 60 milyard dollar dəyər itirib.

 

 

Habelə qalmaqal Rusiyanın Amerika seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsinə dair yeni məqamları ortaya çıxarıb. Şirkətin keçmiş əməkdaşı Kristofer Uayli jurnalistlərə bildirib ki, “Cambridge Analytica” Kembric universitetinin psixologiya üzrə müəllimi, Moldova əsilli Aleksandr Koqana istifadəçilərin məlumatlarını toplayan proqram işlənib hazırlanmasını sifariş edib. Koqan eyni zamanda Rusiyanın Sankt-Peterburq universitetind dərs deyir və Rusiya hökumətindən qrantlar alıb. Koqan həmin sifariş əsasında psixoloji test hazırlayıb. İstifadəçilərə cüzi pul əvəzində təklif edilib ki, həmin testdən keçsinlər.

 

 

İddia edilirdi ki, testin nəticələri elmi məqsədlər üçün istifadə ediləcək və üçüncü şəxslərə ötürülməyəcək. Testdən 270 min istifadəçi keçib, lakin yekunda şirkət onların dostlarının siyahısında olan şəxslərin də məlumatlarına çıxış əldə etməklə 50 milyon istifadəçinin fərdi məlumatlarını ələ keçirib. Bu məlumatlar daha sonra “Cambridge Analytica” şirkətinə satılıb. Koqanın Rusiya kəşfiyyatına bağlı olduğu istisna deyil. Hərçənd onun özü bu ehtimalları rədd edib və “Cambridge Analytica” şirkətinin sifarişində qanunsuz nəsə olduğunu o vaxt anlamadığını deyib. Kanadalı əməkdaş Kristofer Uayli Trampın seçki qərargahının baş strateqi olmuş Stiv Bennonla əlaqəli olub.

 

 

Ona Böyük Britaniyada “Brexit” kampaniyasına Facebook metodları ilə təsir göstərməkdə kömək edib. Bəlli olduğu kimi Tramp Böyük Britaniyanın Avropa İttifaqındna çıxmasına dəstək verirdi. Habelə Trampın seçki qərargahı kampaniya dövründə “Cambridge Analytica” şirkətinə 6.5 milyon dollarlıq sifariş verib. Şirkətin qanunsuz əməllərini ifşa edən Kristofer Uayli gizli yazışmalarını jurnalistlərə ötürüb. Məlum olub ki, “Cambridge Analytica” şirkətinin müştərilərindən biri Putinə yaxın oliqarx Vahid Ələkbərovun “Lukoil” şirkəti olub. Seçki kampaniyası dövründə məhz “Cambridge Analytica” şirkəti “Fırıldaqçı Hillari” şüarını irəli sürüb və Tramp bu şüardan bütün kampaniya boyu istifadə edib.

 

 

Uayli deyib ki, o, “Cambridge Analytica” şirkətinin Amerika seçkilərinin nəticələrinə ciddi təsir göstərdiyinə əmindir. “Facebook” şirkətinin sahibi Mark Zukeberq bu qalmaqal başlayandan bəri günlərlə susub. Nəhayət o bəyan edib ki, baş verənlərə görə təəsüflənir və Konqresin Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi komissiyası ilə əməkdaşlıq etməyə hazırdır. “Facebook” şirkətinin səhmləri isə dəyər itirməkdə davam edir.


Yazarlar