Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ səfiri Trampa etiraz olaraq istefa verdi 

  12
00:05 13-01-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın Panamadakı səfiri Con Filey (John Feeley) prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrini nəzərdə tutaraq işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəyə etiraz olaraq istefa verib. Paralel.az teleqraf.com-a istinadən xəbər verir ki, Filey ABŞ XİN-ə təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.

 

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb.

 

C.Filey Barak Obamanın prezidentliyi dövründə - 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.

 

Qeyd edək ki, Tramp Ağ Evdəki toplantıda "Nə üçün bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik", - deyə bildirib.


Yazarlar