Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gömrükdə ton yarım nərə balığı aşkarlandı -VİDEO

  13
23:40 12-01-2018
Şriftin ölçüsünü dəyiş  

Gömrük əməkdaşları 1 tondan artıq nərəcinsli balığın ölkəyə qanunsuz yolla keçirilməsinin qarşısını alıblar. Paralel.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, əvvəlcə Kamazın yük yerinə baxış keçirilib. İlk baxışdan orda heç nə olmadığı hiss olunsa da, sonradan otların altındakı sellofanlardan balıqlar çıxıb.

 

Bu görüntülər Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yük maşınına baxış keçirilərkən çəkilib. Külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, Bakı Baş Gömrük İdarəsinə Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə gəmi vasitəsi ilə gətirilən və Ramin Məmmədova məxsus yük maşınında nərə cinsli balığın olması barədə məlumat daxil olub.

 

Həmin nəqliyyat vasitəsinə beynəlxalq dəniz ticarət limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kiloqram olan 496 ədəd nərə cinsli balıq aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


VIDEO

Yazarlar