Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncədə minik maşını “KAMaz”a çırpıldı: 2 yaralı  

  7
22:05 12-01-2018
Şriftin ölçüsünü dəyiş  

Gəncədə iki avtomobil toqquşub. Paralel.az APA-ya istinadən xəbər verir ki, “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan şəxslər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.

Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Yazarlar