Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Alpinistlərin axtarışı daha da çətinləşib

  8
22:05 12-01-2018
Şriftin ölçüsünü dəyiş  

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün də davam etdirilib. Paralel.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

 

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

 

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.


Yazarlar