Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan heç vaxt etnik və dini azlıqları
assimilyasiya etmək məqsədini qarşısında qoymayıb

  9
17:35 12-01-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Demokratik Cümhuriyyəti etnik azlıqlara ana dilində təhsil almaq hüququ verib

 Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.

Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti, multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Ölkəmizdə mövcud olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də, müsbət ənənəyə çevrilib. Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi tərəfindən indiyədək 4 virtual “dəyirmi masa” təşkil olunub. "Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası", "Multikultural təhlükəsizlik", "Xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər", "Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)" mövzusunda olan bu "dəyirmi masa"ların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanıb.

Virtual “dəyirmi masa”larda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış və yay məktəbləri layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bu da hamıya bəlli həqiqətdir ki, tarixin bütün mərhələlərində Azərbaycan dövləti ölkənin multietnik və çoxkonfessiyalılığını qorumağa çalışıb. O, heç vaxt etnik və dini azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini qarşısında qoymayıb. Əksinə, Azərbaycan dövləti həmişə onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi qeyd olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin təmsil olmasını güstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib.

O da heç bir şübhə doğurmur ki, müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən birinə çevilməsində dövlətin rolu təkcə hüquqi- normativ sənədlərin qəbulu ilə məhdudlaşmır. Bu istiqamətdə dövlət digər mühüm işlər də görür. Belə işlər sırasında milli azlıqların siyasi hakimiyyətin bütün qollarında təmsil olunmalarını, yüksək vəzifə tutmalarını, onların ana dillərində məktəblərin fəaliyyət göstərməsini, qəzet və jurnalların nəşr olunmasını, radio verilişlərinin təşkil olunmasını və s. göstərmək olar.

Dövlətin tolerant və qeyri-ayrı-seçkilik münasibətini milli azlıqlarla yanaşı müxtəlik dini icmaların nümayəndələrinə münasibətdə də görmək olar. Azərbaycan Respublikasının din siyasətinin əsas xüsusiyyətlərindən, o cümlədən üstünlüklərindən biri də, ölkədə rəsmi qeydiyyatdan keçən dini icmalara dövlət tərəfindən eyni münasibətin göstərilməsidir. Bu icmalara dövlət hərtərəfli yardım, o cümlədən maliyyə yardımı göstərir. Bakıda və bir çox regionlarda olan dini məbədlər dövlətin dəstəyi ilə tikilir və ya bərpa olunur. Azərbaycan hökumətinin dini icmalara eyni cür yanaşması, dinlərarası münasibətlərin inkişafına, müxtəlik dini icmaların bir-biri ilə əməkdaşlıq etmələrinə səbəb olan əsas faktorlardan biridır. Ölkəmizdə müşahidə olunan dinlərarası xoş münasibət dünyanın əksər ölkələrində yoxdur. Bu da müasir dövrdə ölkəmizin dünyanın ən tolerant ölkələrindən biri olmasına dair daha bir əyani sübutdur.

Dövlətin ölkədə multikultural mühitin yaradılmasında rolunu qiymətləndirdikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanlarla yaradılan Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətini, Bilik Fondunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini göstərmək olar.

Bununla belə qeyd etmək vacibir ki, ölkəmizdə mövcud olan dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı məsələlər mütəmadi olaraq təhlil olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini bu təhlillərin nəticələrinə əsasən qurur. Son dövrlərdə aparılan təhlillərin nəticəsi onu deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənib. Bunu da müxtəlif səbəblərlə izah etmək mümkündür. Əsas səbəb, heç şübhəsiz ki, dini konfessiyalarla, hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, qanunvericilik bazasının təkmilləşdirilməsi, zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, eyni zamanda intensiv maarifləndirmə işinin aparılmasıdır. Çünki İslam həmrəyliyinin təbliği, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından da ən effektiv yol, bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsidir. Bu baxımdan təqdirə layiq haldır ki, Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə həyata keçirilir. Bütün bunların sayəsində əldə olunan nəticələr də ürəkaçandır. Çünki ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur.

Ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli-mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Bütün bunlara baxmayaraq, təbii ki, zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndiriməsinə ehtiyac yaranır. Çünki, din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizin keçdiyi tarixi dövrə nəzər saldıqda hər zaman tolerant mühitin mövcudluğu ilə qarşılaşırıq. Bu, istər yerli icmalararası münasibətlərdə, istərsə də dini konfessiyalara olan diqqətdə özünü büruzə verir. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icması fəaliyyət göstərir. "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdirlər. Heç bir din, (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.

 Azərbaycan cəmiyyətinin yaşam tərzindən az-çox məlumatı olan xarici mətbuat nümayəndələri də, bunu öz yazılarında xüsusi qeyd edirlər. Məsələn, 2015-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, ABŞ-ın Simon Vizyental Mərkəzinin aparıcı mütəxəssisi Annet Blüm "The Huffington Post" qəzetində dərc etdirdiyi "Bakı-dialoqun və sülhün unikal vəhdəti" adlı məqaləsində qeyd edir ki, "Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu ölkədə (Azərbaycanda) qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün özünə yer tapmaq və inkişaf etmək şansı yoxdur". Müəllif daha sonra yazır: "Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir ölkədir".

Azərbaycan ta qədim zamanlardan müxtəlif etnosların və dini icmaların dinc yanaşı yaşamalarının unikal nümunəsi olub. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə dünyanın görkəmli din xadimləri, siyasətçiləri, ictimai xadimləri tərəfindən də yüksək qiymətləndirilir. 2008-ci ilin mart ayında Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət katibi Kardinal Qarqizio ölkəmizdəki mövcud tolerantlığı belə qiymətləndirib: "Azərbaycanda mövcud olan tolerantlıq, onun xalqının nailiyyətidir. Mən Azərbaycanda qardaşlıq münasibəti gördüm və başa düşdüm ki, bu, burda yaşayan xalqın həyat tərzidir".

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar