Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gülüstan Əliyeva şəhid həyat yoldaşının FOTOSUNU paylaşdı  

  11
15:45 10-01-2018
Şriftin ölçüsünü dəyiş  

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva Qarabağ döyüşlərdinə şəhid olmuş həyat yoldaşı Zahid Əhmədovun fotosunu paylaşıb.

Paralel.az-ın məlumatına görə, xanəndə-müğənni 10 yanvar tarixinin şəhidin doğum tarixi olduğunu xatırladıb:

“Bu gün sənin doğum günündür. 58 yaşın tamam olur. Vətənımin qeyrətli oğlu. Səni sevməyən yox idi, nəinki Cəbrayılda səni tanıyan hər bir insan. Sənin sevgin isə mən idim, bir də canımdan da cox sevdiyin Vətən torpağı. Sənə deyiləsi o qədər sözüm var ki, qalsın görüşəndə deyəcəm…”


Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində həlak olub. BDU-nun Hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.


Yazarlar