Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlham Əliyev sərəncam imzaladı

  117
18:21 05-01-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 (yeddi yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Yazarlar