Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

  17
15:15 17-12-2017
Şriftin ölçüsünü dəyiş  

Finlandiyalı hərb elmləri üzrə professor Petteri Lalu hesab edir ki, yaxın vaxtlarda Baltik dənizi regionunda kədərli xəbərlər eşitmək mümkün olacaq.

 

Modern.az saytının xəbərinə görə, hərbi analitik bunu İsveçin yaxın zamanlarda “İsgəndər” raketləri ala biləcəyi ilə əlaqələndirib.

 

Rusiyanın açıq mənbələrinə əsasən tezliklə Kalininqradda yeni raketlər yerləşdiriləcək.

 

Bu ilin noyabrın sonunda bildirilib ki, “İsgəndər”lər Rusiya Qərb Hərbi Dairəsinin arsenalına çatdırılıb.

 

Rusiyanın hərbi qəzeti “Qırmızı ulduz” yazırdı ki, praktiki hərəkətlərdən sonra taktiki təlimlər keçiriləcək. Sonra hərbi texnika və şəxsi heyət yerinə dəmir yolu ilə göndəriləcək.

 

Britaniyanın hərbi sahə üzrə ixtisaslaşan “Janes” nəşri 2016-cı ilin fevralında Rusiyanın Kalininqrada 152-ci qvardiyaya raket briqadası göndərdiyini əks etdirən foto yayımlamışdı. 

 

““İsgəndər” sözün hər bir mənasında konkret silahdır. O, bir ölkədən başqasına uçur. Bir “İsgəndər” – bu, 500 kiloqramlıq bombadır. Bunu bir yerdən başqa yerə yönəldirlər” – Petteri Lalu deyir.

 

“Biz bilirik ki, ərazilərimiz atəşə tutula bilər. Əgər kimsə birdən düyməni basacaqsa”- o belə qorxulu nəticəyə gəlib.

 

O bildirib ki, Finlandiyada Rusiyanın təsirləri haqqında həmişə müzakirələr olur. Lalu bildirib ki, Rusiya öz hazırlıq səviyyəsini qaldıraraq böhrandan çıxmağa hazırlaşır. Eyni zamanda illərlə davam edən böhranlara dözüm modellərini hazırlayır.

 

Qərb mətbuatı yazır ki, Rusiya öz hərbçilərinin hazırlığı üçün Suriyadakı müharibədən istifadə edir. Belə ki, Rusiya Suriyada quru qoşunları və hərbi hava qüvvələri üçün təlimlər keçirir.

 

Rusiyanın Finlandiyaya yaxın ərazilərdə yerləşdirdiyi Su-35 qırıcı təyyarələrinin çox hissəsi Suriyaya göndərilib.


Yazarlar