Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Silahlı Qüvvələrdə toxunulmaz ehtiyat yaradılır  

  23
15:15 13-12-2017
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Silahlı Qüvvələrində silah, hərbi texnika və digər maddi vasitələrin toxunulmaz ehtiyatı yaradılır.

Modern.az-ın məlumatına görə, bu barədə “Silahlı Qüvvələr haqqında” yeni hazırlanmış qanun layihəsində qeyd edilib.

Belə ki, yeni qanun layihəsinin 9-cu maddəsinin (Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı) 9.4-cü bəndində qeyd edilib ki, Silahlı Qüvvələrin səfərbərlik ehtiyacının, həmçinin təyinatına uyğun olaraq üzərinə qoyulmuş vəzaifələrin icrasının təmin edilməsi məqsədi ilə, Silahlı Qüvvələrdə silah, hərbi texnika və digər maddi vasitələrin toxunulmaz ehtiyatı yaradılır.

 

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.

 

 


Yazarlar