Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yük maşını minik avtomobilin üzərinə aşdı: 3 yaralı - Yenilənib

  36
00:15 18-11-2017
Şriftin ölçüsünü dəyiş  

Fövqəladə Hallar Nazirliyi bu axşam Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb. Paralel.az xəbər verir ki, Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar. Əməliyyat başa çatıb.

 

23:39

 

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub. Paralel.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən "90-NS-989" dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.

Hadisə zamanı "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Yazarlar