Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yük maşınlarına nəzarət gücləndirib - Video

  10
21:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Bakıda iri qabaritli yük maşını saatda 100 kilometrdən yüksək sürətlə hərəkət edib. Paralel.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sol zolaqda hərəkətin iri qabaritli yük maşınları üçün qadağan olunmasına baxmayaraq, sürücü bütün yolu bu zolaqda hərəkət edib.

 

Üstəlik, şəhəriçi sürət məhdudiyyətinə də məhəl qoymadan yoluna davam edən yük avtomobilinin bort platformasından yola daş-çınqıl tökülür.

 

Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə yük avtomobillərinin qayda pozmaları videolarına çox rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yük avtomobilləri yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bölmə rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yayılan həmin görüntüyə aydınlıq gətirib.

 

Bu cür qayda pozuntusuna görə, sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə aşılan sürət həddindən asılı olaraq cərimələnir.


VIDEO

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli