Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Hava limanında bomba həyəcanı - Yenilənib

  11
21:00 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyənləşdirilib. Paralel.az Gürcüstan mediasına istinadən xəbər verir ki, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Qeyd edək ki, bir müddət öncə təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb. 

 

20:03

 

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb. Paralel.az “Report”a istinadən xəbər verir ki, Nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.

 

Məlumatda bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.

 

Qeyd edək ki, bu gün naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” Çağrı Mərkəzinə zəng edib. Dərhal hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinlər bir neçə saat təyyarələrdən kənara buraxılmayıb.


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli