Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan komandası ilk xalını qazandı

  13
20:25 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəində bu gün növbəti oyununu keçirib. Paralel.az xəbər verir ki Samir Ələkbərovun rəhbərlik etdiyi komanda  "Dalğa Arena"da, doğma azarkeşlər qarşısında Kosova yığmasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmayıb. Azərbaycan millisinin iki oyunçusu qırmızı vərəqə aldığından oyunun təxminən 10 dəqiqəsini azlıqda keçirib. Belə ki, oyunun 87-ci dəqiqədə Anton Krivotsyuk, 90+4-cü dəqiqədə isə İlkin Sadıqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

Bu heç-heçə sayəsində Azərbaycan yığması qrup mərhələsində ilk xalını qazanıb. 5 oyundan sonra Ələkbərovun komandası 1 xalla sonuncu pillədə qərarlaşıb.


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli