Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İşləməyib dişləyənlər

  29
19:00 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan yaşayış ücün çox bahalı bir məmləkətdir

 Azərbaycanda insanların sosial durumunun günü-gündən ağırlaşdığı hamıya məlum həqiqətdir. Və hec bir şərhə ehtiyac yoxdu. Adi insanlar bunu öz üzərində hiss etdikləri kimi, dövlət məmurları da ölkədəki vəziyyəti görərək, tam şəkildə dərk edirlər.

Azərbaycan xalqının guzaranı, yaşam rifahı günü-gündən yaxşılaşır deyən məmur da bilir ki, gözünün icinə kimi yalan danışır. Ancaq nə etsın, öz yaşamının yüksəlişi bilavasitə bu yalanlardan asılıdır. Məsələyə digər tərəfdən yanaşsaq, belə hesab etmək olar ki, həmin məmur hec yalan danışmır və "Azərbaycan xalqının güzaranı, rifahı yaxşıdır",-dedikdə  özünü və ətrafını nəzərdə tutur, axı bu əzəmətli məmurlarımızda azərbaycanlıdırlar. Demək ki, Azərbaycanda güzaranı yaxşılaşanlar da var.

Acıq etiraf edək ki, gün ərzində 12-14 saat işləməklə 250-300 manat qazanmaq olar (bu işi tapmaq belə sual doğurur) və bu məbləğ hec yarım aylıq xərcləri ödəyə bilməz. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda insanın 8 saat işləyib normal yaşaması mümkün deyil. Bunu istənilən vaxt subut etmək hec də cətin deyil. Rəsmi məlumatlara görə, ölkəmizdə, orta əmək haqqı  təxminən 400-450 manatdır. Söhbət orta əmək haqqından gedir. Minimum əmək haqqı isə 116 manatdır.

Digər maraqlı fakt odur ki, əgər sadə Azərbaycan vətəndaşına minium dolanışığını təmin etmək ücün 500-600 manat yetmirsə, 700-800 manat maaş alan dövlət məmurları necə olur ki, yağ-bal içində yaşayır, bahalı maşınlarda gəzir, möhtəşəm binalarda məskən salırlar? Əgər bu maaşla yaşamağın bir yolu, forması mövcuddursa, onu xalqa anlatsınlar, millət də öz işini bilsin. Sözün əsil mənsında söhbət işləyənlərdən gedir, əsil həqiqətdə Azərbaycan vətəndaşlarının 80-85 faizi işləmir, bir qismi təqaüdçü və əlillərdir. Bu acınacaqlı faktlar heç müqayisəyə gəlmir.Yaxşi olardı oxucularımız özləri düşünüb, daşınsınlar.

Əlqərəz... Deyilənləri faktların dili ilə desək, arqumetlərimiz öz təsdiqini tapar. Bu günlər boş vaxtım olduğundan insanlarla görüşmək, ünsiyyət qurmaq imkanım yaranmışdı və cox maraqlı söhbətin şahidi oldum. Biləsuvarın mərkəzi parkının birində söhbətləşdiyim Qasım kişi, icra məmurlarının və onların yaxınlarının "qaz vurub qazan doldurduqlarından"geniş söhbətə belə başladı;

-Rayonun məkəzi dükanlarının əsas hissəsi məmurlarındır, amma sənədləşmə yaxın qohum-qudalarının adınadır. Verqi ödəmələri də bunlara aid deyil. Şadlıq evləri də ki, ancaq icra məmurlarının manapoliyasındadır.

Qasım kişi nəql edir ki, Biləsuvar rayon icra hakimiyyətinin ən səlahiyətli numayəndəsinin  yaxın qohumunun 2-3 ədəd, yəni hərəsi 65-70 ha-lıq balıq yetişdirmə gölü(damba) var. Bu göllərin təxminən hər biri il ərzində 250-300 min manat gəlir gətirir.

Saymamazlıq o yerə catıb ki, ad, soyadı məlum olmayan, Biləsuvar rayonunda yaşamayan birisi də, icra məmurlarının himayəsi ilə rayon ərazisində balıqcılıq gölü salıb. Bu rayonda ondan soruşan yoxdur ki, balam, sən hardan gəlmisən? İsdir, Biləsuvar rayonunun, Xırmanali kənd ərazisində, Mahmudcala deyilən əraziyə yolu düşən olsa, özünüz şahid ola bilərsız. Onu da deyək ki, bu göllərin tikintisinə bir manatda xərclənməyib. Bütün işlər idarə və təşkilatlar tərəfindən "yuxarıdan" gələn göstərişlə, idarə və təşkilatların hesablarına görülüb. Belə bir şəraitdə gəlin görək, hansı inzibatı orqanın gəlib bu məsələləri araşdırmağa gücü çatar? Birmənalı olaraq cavab vermək olar ki, heç kimin.

Digər həmsöhbətim Qabil müəllim isə hesab edir ki, bu ölkədə ancaq "atanşik", "maşenik", "işbazlar" yaxşı yaşayır. Çünki, bu hakimiyyəti təşkil edən təşkilatçıların böyük əksəriyyəti həmin kateqoriyaya uyğun gəldiyindən, ad cəkməyin də, elə bir önəmi yoxdur və söhbətin kimdən getdiyini hamı yaxşı bilir.

Bu məmləkətdə həqiqətən də, "toxun acdan xəbəri yoxdur". Elə işləməyənlər də həmin toxlardır ki, işləyənlərin hesabına milyonlar qazansalar da, onlarin sosial durumu barədə əsla düşünmürlər. Hamımızın bildiyi bir misalı deyim. Bir istehsalat sahəsində 50 işci işləyir, bu işçilərin sayəsində sahibkar deyək ki, ayda 500 min manat qazanır. Yəni, hər bir işci sahibinə 10 min manat qazanc gətirir. O,isə bunun müqabilində işciyə ən yaxşı halda 200-300 manat maaş verir, bu səbəbdən də deyə bilərək ki, bu gün işləməyənlər, işləyənlərin əməyini yeyir, toplayır istismar edir. Belə bir səraitdə isə hec zaman insanların rifahı yüksələ bilməz.

Hər kəs həmin yarıac, yarıtox yaşayan vətəndaşın bir həftəlik bazarlığına diqqət yetirsə, yaxud gedib bazarla müqayisə etsə, kasıbın necə yaşadığından anlayışı olar. Bu səbəbdən də, yəni qidalanmaların zəif və keyfiyyətsiz olması ucbatından yayılan xəstəliklərin sayı ölkəmizdə baş alıb gedir.       

Bütün yuxarıda qeyd etdiklərim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan yaşayış ücün çox bahalı bir məmləkətdir.Və bu ölkədə adi insanların yaşamı günü-gündən çətinləşir. Mövcud hakimiyyət başbilənləri isə ancaq uğurlardan danışır.

Budumu uğurunuz? Budumu insanların güzəranının, rifahının yaxşılaşması? Mən sadəcə olaraq gördüklərimi, eşitdiklərimi şərh etdim. Əgər bu faktların ciddi iqtisadi araşdırılması aparılsa, daha ciddi, acınacaqlı vəziyyət ortaya cıxa bilər. Bir sözlə, bu məmləkətdə işləyənlər ac olsada, işləməyənlər kefdədir. Ancaq, acların da qiyamı yaman olur haaa ...

Əlizadə  Nəhmədağaoğlu

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli