Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazir: "Misirlə birbaşa aviareyslərin açılması inkişafa təkan verə bilər" +

  8
17:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Noyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

 

Paralel.az xəbər verir ki, görüşdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Syuzan Cəmil Nuh, səfirliyin ikinci katibi Hossam Başaryi Ali, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digərləri iştirak edirdi.

 

Qonaqları salamlayan Əbülfəs Qarayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini dedi. Bildirdi ki, ölkələrimiz arasında mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. O cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var”.

 

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesində həyata keçirilən işlər haqqında danışdı. Qeyd etdi ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: “İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.

 

Nazir turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğuladı. Həmçinin gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2018) Misirin turizm təşkilatlarını və şirkətlərini fəal iştirak etməyə dəvət etdi.

 

Misirli qubernator Xalid Fuda öz növbəsində iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirdi. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. O, qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırdı. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğuladı. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirildi.

 

Xalid Fuda ölkəsinin Cənubi Sinay Vilayətinə gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirdi ki, bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını dedi.

 

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli