Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyalı dünya çempionunu öldürən azərbaycanlıdan yeni xəbər var

  8
17:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Rusiyalı dünya çempionunu öldürməkdə təqsirləndirilən Anar Allahverənovun işi ili bağlı yenilik var.

Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prokrorluğu qarşısında məsələ qaldırıb. Rusiya Ədliyyə Nazirliyi Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasına və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib.

Paralel.az-ın məlumatına görə, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd olunur. Məktubda Rusiya Baş Prokrorluğuna bu məsələni icraatlarında saxlamaları və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Xatırladaq ki, avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Rusiyalı dünya çempionu Andrey Dryaçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib.

Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı , baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.

 


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli