Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazim İmanov müsabiqə elan etdi

  9
17:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək. Paralel.az xəbər verir ki, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.

Qaydalara əsasən,  institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Belə ki, şöbə hesabatları üzrə qaliblərə 1-ci yer (bir mukafat) – 1500 manat, 2-ci yer (iki mükafat)| - 1000 manat, 3-cü yer (uç mükafat) - 500 manat, fərdi hesabatlar üzrə isə 1-ci yer (bir mükafat)| - 600 manat, 2-ci yer (iki mükafat) - 400 manat, 3-cü yer (üç mükafat) - 200 manat mükafat nəzərdə tutulur.

 


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli