Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

63 yaşlı bakirə siyasətçi - Corc Buşun “sağ əli” indi hardadır?

  9
17:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Bu gün ABŞ-ın keçmiş dövlət katibi (2005-2009) Kandaliza Raysın 63 yaşı tamam olur. Moden.az eks-dövlət katibinin həyatına qısa nəzər salır.

 

Kandaliza Rays 1954-cü il noyabrın 14-də Alabama ştatının Birminqem şəhərində anadan olub. Atası keşiş, anası isə musiqi müəlliməsi olan Kandalizanın adı italyan musiqi termini sayılan “don dolcezza” terminindən götürülüb və “incə, xəfif” mənasını verir

 

1970-ci ildə Müqəddəs Mariya Akademiyasını bitirən gələcək dövlət xadimi 1974-cü ildə Denver Universitetində siyasi elmlər üzrə bakalavr pilləsinə yüksəlib. 1977-ci ildən Stanford Mərkəzini bitirən Rays Dövlət Departamentində də vəzifə alıb.

 

Stenfordda dərs dediyi müddətdə o, 3 elmi-tarixi kitab yazıb, 26 yaşında isə politologiya üzrə doktor adını alıb.

 

Rays doğma ingilis dili ilə yanaşı, rus, alman, fransız və ispan dillərini də bilir. 1982-ci ilə qədər Demokratlar Partiyası ilə münasibətlərdə olan qadın siyasətçi sonradan Respublikaçılar Partiyasına üzv olub.

 

2000-ci ilə qədər Stenfrord Universitetində prorektor vəzifəsini daşıyan Rays, eks-prezident Corc Buşun komandasında yer alıb. Öncə, Buşun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olan qaradərili siyasətçi, 2005-ci ildən dövlət katibi postuna təyin olundu.

 

Corc Buşa ən yaxın şəxslərdən sayılan Rays ABŞ-ın Yaxın Şərq strategiyasını və Rusiyaya qarşı sərt münasibətinin əsas elementlərini hazırlayan sima olub.

 

Corc Buşun 2-ci səlahiyyət müddəti bitdikdən sonra Kandaliza Rays yenidən 26 il çalışdığı Stenford Universitetinə dönüb. O, hazırda universitetinin politologiya kafedrasının professorudur. Rays zaman-zaman nüfuzlu nəşrdlərdə xarici siyasətlə bağlı yazılar dərc etdirir  və əsas hədəf olaraq Moskva və Pekini göstərir.

 

Şəxsi həyatına gəlincə, Kandaliza Rays heç zaman ərdə olmayıb və uşaq sahibi deyil.

 

 

 

  

 

 


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli