Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mehriban Əliyevanın yeni köməkçisi kimdir?

  13
16:40 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Gündüz Kərimov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya yeni köməkçi təyin edilib. Bu təyinatla birinci vitse-prezidentin köməkçilərinin sayı 4-ə çatıb.

Axar.az xəbr verir ki, Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistratura pilləsini bitirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.

Bakı Dövlət Universitetində müəllim işləyib. G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.

 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli