Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Üç ölkənin fəal qadınlarına Qarabağdan danışıldı

  65
16:13 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Millət vəkili Qənirə Paşayeva Avstriya, İsveç və İsveçrənin tanınmış təşkilat rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb.

Azərbaycanın mədəniyyəti, iqtisadi və turizm potensialı ilə bağlı məlumat verən millət vəkili Avstriya, İsveç və İsveçrə heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından da söz açıb.

Deputat 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmasını nümayəndə heyətinin diqqətinə çatdırıb.

 

Yazarlar