Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dövlət Dil Komissiyasının görəcəyi işlər açıqlandı

  8
14:43 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Dövlət Dil Komissiyasının görəcəyi işlərin ümumi mahiyyəti Azərbaycan dilini ayrı-ayrı sahələrdə, ayrı-ayrı funksional üslublar çərçivəsində daha da inkişaf etdirmək, aşkar olunan qüsurları, boşluqları aradan qaldırmaqdır.

Bunu Report-a açıqlamasında Dövlət Dil Komissiyasının yeni üzvü, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinin yenidən çap olunmağına, əvvəlki lüğətin təkmilləşdirilməsinə ehtiyac var: “Bununla bağlı hazırda Dilçilik İnstitutunda işlər gedir. Lüğət hazırlanıb dövlət tərəfindən təsdiqlənəndən sonra çapa tövsiyə olunacaq”.

M.İmanovun sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 13-də imzaladığı sərəncama uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanacaq: “Tədbirlər planında olan ikinci vacib istiqamət dilin tələffüz qaydalarının təkmilləşdirilməsidir. Tələffüz qaydalarının təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Radio və televiziya verilişlərində olan aparıcıların tələffüzündə bu problem daha qabarıq şəkildə hiss olunur. Jurnalistlər orfoqrafiya qaydalarını bəzən pozur, ümumi normativlərdən kənara çıxır, bəzən kim necə istəyir elə də tələffüz edir, dialektlərdən istifadə edirlər. Bunlar yolverilməz qüsurlardır, bu problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var”.

Mütəxəssis qeyd edib ki, digər istiqamət terminlərlə bağlı problemdir: “Müxtəlif elm sahələri ilə bağlı ali məktəblərdə yeni tədris olunan fənlərə aid olan terminlərə ehtiyac var ki, yenidən baxılsın. Heç kim alınma sözlərin Azərbaycan dilində işlənməsinin, dilə yeni söz gəlməsinin əleyhinə deyil. Əsas məsələ həmin sözlərin dilin tələffüs qaydalarına uyğunlaşdırılması və Azərbaycan dilində qarşılığı olan sözlərin qarşılığının tapılmasıdır. Daha bir həll olunmalı məsələ isə Azərbaycan dilində olan sözün yersiz olaraq əcnəbi sözlə əvəzlənərək işlənməsidir”.

M.İmanov bildirib ki, qeyd olunan məsələlərin həll olunması ayrı-ayrı qurumlar tərəfindən həll olunması nəzərdə tutulub: “Elmin ayrı-ayrı sahələrində çalışan alimlərin də bu prosesdə iştirakı nəzərdə tutulur. Tədbirlər planında həmçinin olacaq tədbirlərin dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulur”.

 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli