Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bu rayonda işıq oğurluğu edən nüfuzlu şəxslər kimlərdir?

  9
12:09 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Ağcabədi rayonunda elektirk enerjisindən oğurluq edənlər arasında tanınmış və nüfuzlu şəxslər də var.

Report xəbər verir ki, bu barədə ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon Elektrik Şəbəkəsi tərəfindən sakinlərə edilən xəbərdarlıq elanında bu barədə qeyd olunub.

Xəbərdarlıq elanında həmçinin qeyd olunub ki, sayğacdan kənar elektrik enerjisindən istifadə hallarına qarşı mütamadi reydlər təşkil olunacaq:

“Son zamanlar ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələrinin Ağcabədi rayonunda keçirtdiyi reydlər və anonim müraciətlər əsasında yerində aparılmış yoxlamalarda bir qrup istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə halları aşkar edilib. Belə istifadəçilər arasında hətta rayonda tanınmış və ya özünü nüfuzlu hesab edən şəxslər də var. Tərəfimizdən davamlı olaraq gündüz və gecə reydləri təşkil olunacaq! Belə reydlərdə aşkar olunan işıq oğurluğu hallarının video materialı bir sıra KİV-də içtimai qınağa təqdim edilməklə hüquq mühafizə orqanlarına veriləcək. Bu məsuliyyət elektrik enerjisindən sayğacdan kənar istifadə edən şəxslərin üzərinə düşür”.

Xəbərdarlıq elanında bildirilib ki, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən oğurluq edənlərin ifşa edilməsində yadımçı olan şəxslər anonimliyi qorunmaqla mükafatlandıracaq.

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli