Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı Ali Neft Məktəbi ilə Misir Neft Tədqiqatları İnstitutu arasında memorandum imzalanıb

 

  109
12:07 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq.

 BANM-dən APA-ya bildirilib ki, bu məqsədlə rektor Elmar Qasımov, müəllim-professor heyəti və tələbələrin iştirakı ilə  MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 E Qasımov BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə təşəkkürünü bildirib. 

 Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.

Əhməd Məhəmməd Əl-Sabah hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb.

 Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıb.baki ali neft mektebi ile misir neft tedqiqatlari institutu arasinda memorandum imzalanib

Yazarlar