Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı seçir

 

  4
11:40 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlarının tibbi sığortası üzrə açıq tender elan edib.

“Report” Palataya istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 400 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 29-na qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşı Ələmqulu Quliyev (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: Alamgulu.Guluyev@fimsa.az) və İnsan resursları idarəsinin əməkdaşı İlhamə Rüstəmlidir (tel.: (012) 493 50 58, daxili 237; e-poçt: ilhama.rustamli@fimsa.az).

Təkliflərə yanvarın 8-də qeyd olunan ünvanda baxılacaq. Seçim zamanı sığorta şirkətinin maliyyə vəziyyəti, xidmətlər paketi üzrə sığorta şərtləri nəzərə alınacaq.

Sığorta xidməti yanvarın 20-dən başlayaraq 1 il müddətində göstərilməlidir. 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli