Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bir şəklin tarixçəsi: Şəhid anasının əlini öpən general - FOTO  

  45
17:00 04-11-2017
Şriftin ölçüsünü dəyiş  

Paralel.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Zaman 1 noyabr 2017-ci il, məkan Azərbaycan Texniki Universiteti...


Universitetdə gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə AzTU-nun məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı...
Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminə təqdimat keçirilib.

1997-ci il aprel ayının 7-də 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu xüsusi tapşırıqla düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir.  Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində  müxtəlif manevrlər edərək üç gün döyüşürlər. Qəhrəman döyüşçülərimiz  sonda düşmənə təslim olmamaq üçün qumbara ilə özlərini partladaraq şəhid olurlar.

Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Sonralar o, əsirlıikdən azad edilir, lakin sağlamlığənı həmişəlik itirir...


Bu şəkildə həmin tədbirə dəvət olunmuş şəhid analarından biri və onun əlini öpən ehtiyatda olan general-leytenat Yaşar Aydəmirov təsvir olunub.


Dövlətçilik, vətəndaşlıq, vətənpərlik bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq göstərən döyüşçülərimiz Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir örnəkdirlər...

Onlar Azərbaycan cəmiyyətinə vətənpərvərlik, fədakarlıq, məğlubedilməzlik nümunəsi göstəriblər.

Onların adları yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya məhəbbət ruhu, düşmə­nə ni­frət hissləri aşılayır.

O şəhidlərin mübarizə yolu cəmiyyətə örnək, gənclərə nümunədir... Şəhid anaları də həmçinin..


İbrətamiz mənzərədir... Deyilmi?..


Yazarlar