Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - İndi dəymiş ziyanı ödəmir - VİDEO

  20
23:40 22-10-2017
Şriftin ölçüsünü dəyiş  

Bahalı qab-qacaq evdən-evə daşınma zamanı qırıldı. Yükdaşıma xidməti şəxsə 5 min manata yaxın ziyan vurdu. Orxan Qəhrəmanov avqust ayında əşyaları daşımaq üçün yük taksisi şirkətinə müraciət edib.

Paralel.az bildirir ki, nəticədə qiyməti 2800 manata olan qab dəstindən 10, qiyməti 2000 manata yaxın olan dəstdən isə 8 parça qırılıb. Şirkət əvvəlcə dəyən ziyanı qarşılayacağını vəd edib.

Zərərçəkmiş şəxsin sözlərinə görə qablar həyat yoldaşının cehizliyi olub. Şirkət yüklərin etibarlı daşınması üçün ona heç bir müqavilə təqdim etməyib. Orxan Qəhrəmanov, hətta ona ödəniləcək miqdarın 30%-də qarşılamağa razı olduğunu deyir. Amma onlar indi zərəri qarşılamaq istəmirlər.

Məsələylə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Lakin mövqe öyrənə bilmədik.

Hüquqşünaslar isə yüklərin daşınması zamanı bir tərəfli qaydada müqavilə bağlanıldığını deyir. Bu müqavilə daşınan malların təhlükısizliyində zəmanət rolunu oynayır.

Heydər Cəfərovun sözlərinə görə bir tərəfli müqavilələr hüquqi şəxs tərəfindən bağlanıldığından hadisəni şəxsin lehinə mübahisələndirmək çətin olur. Ona görə tərəflər arasında notarial qaydada müqavilə bağlanılmalıdır. Orxan Qəhrəmanov, məhkəmədən xərclədiyi rüsumlar da daxil olmaqla mənəvi təzminat da tələb edə bilər. /xezerxeber.az

Paralel.az

Videonu izləmək üçün şəklə klikləyin:
Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - İndi dəymiş ziyanı ödəmir

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli