• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


“Qarabağda münaqişə yenidən alovlana bilər” – Novruz Məmmədov

http://modern.az/uploads/news/trend_novruz-mammadov_270515_31500280019.jpg

Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır:

"Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi “dondurulmuş münaqişə” kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir".
Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək.
Azərbaycan Prezidentinin köməkçisi bildrib ki, Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur.

N.Məmmədovun fikrincə, Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər: "Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının əleyhinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik".
Oxunma sayı:13

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası