• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib

http://apa.az/upload/images/news/2017/july/12/big/isi-6063.JPG

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) 3-cü qurultayı keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, komitənin sədri Akif Məmmədov işçilərin əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

STİHİRK-nin Təşkilati və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Xəyalə Məmmədova təşkilatın ötən 5 ildəki fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Komitənin Nəzarət Təftiş Komissiyasının sədri Aydın Rəfiyev, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Elman İsgəndərov, “Azərsu” ASC-nin Sosial İnkişaf və motivasiya şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli işçilərin hüquqi mənafelərinin qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qurultayda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ötən müddətdə STİHİRK-nin fəaliyyətində nəzərə çarpacaq müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Konfederasiya sədri “Azərsu” ASC-də işçilərə yaradılan əmək şəraitini, əməyin mühafizəsi və sosial təminat məsələləri bağlı görülən işləri yüksək qiymətləndirərək müvafiq tövsiyələrini verib. S. Mehbalıyev Azərbaycanda su təsərrüfatının inkişafında qazanılan nailiyyətlərə və işçilərin sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunduğunu bildirib və mükafatı “Azərsu” sədrinə təqdim edib. Q. Hüseynov işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində göstərdiyi xidmətlərə görə STİHİRK tərəfindən təsis edilmiş “Ən yaxşı sosial tərəfdaş” mükafatına da layiq görülüb.

“Azərsu” ASC-nin sədri təltiflərə görə minnətdarlığını bildirib. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verən cəmiyyətin sədri su təsərrüfatı sektorunda çalışanların əmək şəraitinin və sosial təminatlarının yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirib: “Azərsu” fədakar və zəhmətkeş əmək kollektivi formalaşıb. İşçilərin normal iş şəraitinin təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması, sosial təminatının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə sahə həmkarlar təşkilatı ilə sıx əməkdaşlıq mövcuddur. Bundan sonra da birgə fəaliyyət sayəsində işçilərin sosial problemlərinin həlli diqqətdə saxlanılacaq”.

Sonra təşkilati məsələlərə baxılıb, STİHİRK sədrliyinə seçkilər keçirilib. Akif Məmmədov növbəti müddətə komitənin sədri seçilib. Qurultayın sonunda fəaliyyətində fərqlənən həmkarlar təşkilatlarının üzvləri mükafatlandırılıb.
Oxunma sayı:17

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası