• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Avropa İttifaqının toplantısında iki yaşlı Zəhranın qətlindən danışıldı

http://modern.az/uploads/news/Fikret_Memmedov_11499708790.jpg

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Estoniyanın Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Tallində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşündə erməni silahlı birləşmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın iyulun 4-də öldürülməsindən danışıb. Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Aİ-nin yüksək rəsmiləri, üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin iştirakı ilə keçirilən görüşdə nazir F.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə diqqəti cəlb edərək, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara - mülki əhaliyə və mülki obyektlərə hərbi təxribatı nəticəsində azyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyini, daha bir mülki şəxsin ağır yaralandığını xüsusi vurğulayıb.
O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidirlər.
Nazirliyin məlumatında bildirilir ki, Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin narahatlığına səbəb olub. Bununla bağlı Azərbaycan tərəfi müvafiq bəyanatı nümayəndə heyətləri arasında yayıb, keçirilən bütün görüşlərdə və danışıqlarda həmsöhbətlərin diqqəti bu məsələyə cəlb olunub.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Oxunma sayı:15

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası