• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Jurnalistlərə ev verilməsinə müdaxilə edənlərin bəd məramı

http://arxiv.paralel.az/cache/mod_bt_contentslider/8ac27a6598c299ea01d70df861b68df7-tapdiq-abbas.jpg

Jurnalistlərə ev verilməsi bəzilərini niyə narahat edir?!

Məlum olduğu kimi cənab Prezidentin sərəncamı ilə Azərbaycanda 2010-cu ildən jurnalistlər üçün təmənnasız mənzil tikintisinə başlanılıb və bu məqsəd üçün ilk olaraq 5 milyon manat pul ayrılıb. 2013-cü ildə bu prosesin birinci mərhələsinə yekun vurulub. 22 iyul-Milli Mətbuat Günü Prezident tərəfindən binanın açılışı edilib və 156 jurnalistə yaşayış üçün tam hazır mənzillər hədiyyə olunub. Həmin gün cənab Prezident tərəfindən jurnalistlər üçün ikinci 256 mənzilli binanın təməli qoyulub. Bu törəndə çıxış edib mənzil alan jurnalistləri təbrik edən ölkə Prezidenti bu prosesin davamlı olacağı barədə açıqlama da vermişdi. Budur, artıq ikinci binanın sahiblərinin müəyyən edildiyi məqamda jurnalistlər üçün üçüncü binanın təməlinin qoyulması barədə rəsmi açıqlama KİV DF-nin icraçı direktoru cənab Vüqar Səfərlidən gəldi. Beləliklə digər peşə sahibləri kimi, ölkə jurnalistləri də cənab Prezidentin diqqət və qayğısı ilə mütəmadi olaraq təmənnasız mənzil sahibi olmaq imkanı qazanıblar. Bunun üçün təbii olaraq ölkə Prezidenti cənab İlham Əliyevə çoxminli jurnalistlər yalnız təşəkkür edirlər! Yerigəlmişkən, onu da qeyd edim ki, jurnalistlərə mənzil hədiyyə edilməsinə indiyə kimi dünyanın heç bir ölkəsində rast gəlinməyib. Belə bir təqdirəlayiq ilkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imza atdğını da xüsusi olaraq qeyd edirəm!
Ölkə jurnalistlərinə təmənnasız mənzil verilməsi prosesinə start verilən andan ölkəmizin daxilində olan xarici qüvvələrin agentura şəbəkəsi böyük hay-küylə bu hadisəni jurnalistlərin satın alınması, ələ alınması, rüşvət verilməsi və sairə kimi şantajlarla gözdən salmağa girişdilər. Nə qədər cəhd etsələr də, hətta xarici havadarlarından güclü maddi dəstək alsalar da belə, onların qaldırdıqları boş hay-küyə qoşulan, səslərinə səs verən kimsə tapılmadı. Nəhayət, çabalarının boşa çıxdığını görüb sakitləşməkdən və əlverişli məqam gözləməkdən başqa çıxış yolu tapmadılar.
Artıq həmin qara qüvvələr bir neçə gündür ki, yenidən peyda olublar və bu dəfə tam fərqli metodlarla – gah mənzil almağa “layiq olan jurnalistlərin” siyahısını tərtib edib “reket” jurnalistlərin öndə gedənlərinin adlarını da əlavə edərək internetdə yaymaqla, gah mənzil bölgüsü ilə məşğul olan Komisiyanın fəaliyyətinə müxtəlif şayiələr yayaraq kölgə salmağa, gah da bu hadisənin ölkə jurnalistikasını tamamilə sıradan çıxaracağı barədə bəyanatlarıla şərləməyə cəhd edərək, haray-həşir salmaqla məşğul olurlar. Lakin hadisələrin gedişi qaragüruhun başlatdığı çoxgedişli əks-kompaniyanın heç bir təsir gücünə malik olmadığını ortaya qoyur. Onların hər bir əsassız və məntiqsiz uydurması ölkə mətbuatının aparıcı jurnalistlərinin kəskin cavab reaksiyaları ilə darmadağın edillr, kampaniyaya başçılıq edənlər tutarlı arqumentlərlə ifşa olunurlar. Maraqlıdır ki, jurnalistlərə mənzil verilməsini əvvəllər onların satın alınması, ələ alınması və susdurulması metodu kimi dəyərləndirənlər indi özləri mənzil almağa “layiq olan jurnalistlərin” siyahısını tərtib edib yaymaqla məşğuldurlar. Təbii ki, həmin siyahılar heç də xoş məram və xeyirxah məqsədlə tərtib edilmir. Bu siyahıları tərtib edənlərin məqsədi heç də mənzillərin ədalətli bölgüsünü aparmağa yox, mənzil alanlarla mənzil almayan jurnalistlər arasında ədavəti qızışdırmağa xidmət edir.
Hətta düşmənlərə də məlumdur ki, mənzillərin sayı məhduddur və bu bölgüdə paylanan mənzillər yalnız 256 jurnalisti əhatə edəcək. Mənzilə ehtiyacı olan jurnalistlərin sayı isə bundan bir neçə dəfə çoxdur. Buradan aydın görünür ki, nə qədər ədalətli bölgü aparılsa belə, bölgüdə mənzil almayanların sayı mənzil alanların sayından, yəni narazılar, xeyli çox olacaq. Ona görə də siyahı tərtib edib internetdə yayan işbazlar təbii olaraq yaranacaq bu narazılardan sui-istifadə edib, dövlətin jurnalistlərə mənzil hədiyyə edilməsi kimi xoş məramlı siyasətinin uğursuzluqla nəticələnəcəyinə, jurnalistlər arasında düşmənçiliyin dərinləşəcəyinə və jurnalistlərdən ibarət olan iki düşmən cəbhə formalaşacağına ümid edirlər.
Amma bu cür düşünənlər unudurlar ki, 2013-cü ildə, yəni 4 il bundan öncə ilk dəfə jurnalistlərə mənzil paylananda da mənzilə ehtiyacı olan jurnalistlərin sayı indikindən çox idi, mənzillərin sayı isə indikindən az qala iki dəfə az idi. O zaman iddiaçılar çox olsa da, yalnız 156 nəfər jurnalistə mənzil verildi və bəzilərinin orda-burda xırda söz-söhbətləri nəzərə alınmasa, elə də ciddi bir narazılıq edən kimsə ortada görünmədi və hər şey öz yerində oldu. İndiki bölgüdə də təbii ki, kimsə narazı qalacaq, lakin üzülməyəcək və bünövrəsi yeni qoyulan binadan mənzil almaq arzusu ilə öz işinə daha məsuliyyətlə davam edəcəkdir. Jurnalistlərin mənzil bölgüsündən narazı qalanlardan iki düşmən cəbhə yaranacağına və ölkədə narazılıq ocağı alovlanacağına ümid bəsləyənlərin istəkləri isə ürəklərində qalacaq...
Oxunma sayı:78

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası