• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Mikayıl Cabbarov və Oqtay Şirəliyev vəzifədən getməlidirlər

http://s015.radikal.ru/i330/1509/f2/da6ac83e8997.jpg


Hər iki sahə üzrə həyata keçirilməli olan islahatlar proqramı ləngiyir


Yaxşı deyiblər ki, bir xalqı inkişafdan saxlamaq, onu geri salmaq üçün onun təhsil və səhiyyə sistemini sıradan çıxarmaq kifayətdir. Təhsil və səhiyyənin hər bir dövlətin iki əvəzedilməz əsas sütunlarını təşkil etməsi artıq dünya təcrübəsindən hər kəsə bəllidir. Çünki bütün digər sahələrin inkişafı bu sahələrin təməli üzərində qurulur. Hər bir dövlətə öncə sağlam insan və sağlam insanlardan savadlı, yüksək biliyə, elmə, mədəniyyətə malik insan kapitalının formalaşdırılması əsas resurs kimi çox vacibdir. Azərbaycanın dünyada rəqabət qabiliyyətini yüksəltmək ölkənin qarşısında duran ən əsas vəzifəsi hesab olunursa, deməli bu, çox vacibdir.
Bu səbəbdən mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldiyi ilk zamanlardan bu sahələrin müştərək inkişafını daim diqqət mərkəzində saxlamış və hər iki sahənin inkişafına güclü təkan verən dövlət proqramlarının və qanunların qəbul olunmasına nail olmuşdur. Bu diqqətin nəticəsində ölkəmiz qısa müddətdə təhsil və səhiyyə sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edərək xeyli müsbət nəticələr əldə etmişdir. Həmin dövrdə ölkəmizin büdcəsi çox böyük imkanlara malik olmasa da, xarici yardımlar və donor təşkilatların köməyi ilə xeyli müsbət işlər görüldü və ölkəmizin Qərbə inteqrasiyasının əsaslı təməli qoyuldu.
Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi dönəmdə isə Azərbaycanda təhsil və səhiyyə sistemlərinin inkişafını təmin etmək məqsədi ilə çox güclü qanun bazası yaradılmasına diqqət yetirdi, ölkənin təhsil və səhiyyə sistemlərinin madi-texniki bazasının gücləndirilməsi üçün dövlət büdcəsindən kifayət qədər pul vəsaiti ayırdı, ölkədə kütləvi şəkildə yeni bağçalar, məktəblər, yeni müasir tipli, ən yeni texniki avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikdirdi, yüksək peşəkarlığa malik müəllim və tibbi kadrların hazırlanmasına böyük diqqət yetirdi və hazırda da hər iki vacib sahədə ardıcıl olaraq ciddi islahatların həyata keçirilməsi davam etdirilir.
Açıq demək lazımdır ki, yuxarıda qeyd etdiyim yüksək səviyyəli dövlət qayğısına və təminatlara baxmayaraq, Azərbaycanın təhsil və səhiyyə sistemlərində xalqa lazımınca xidmət göstərmək, bütövlükdə ölkə əhalisinin, xüsusən, yeni nəsilin sağlam və hərtərəfli inkişafını təmin etmək sahəsində çox böyük nöqsanlar mövcuddur! İnsanlar əksər hallarda rüşvətxorluq, korrupsiya, vəzifədən sui-istifadə kimi çox pis əməllərlə qarşılaşır ki, bu da ölkəmizin adına, dövlətimizin və ölkə rəhbərinin yüksək səviyyədə görüdüyü işlərə yalnız xələl gətirir. Təhsil və Səhiyyə sistemlərində ciddi nöqsanların mövcud olmasını ilk növbədə hər iki sahəyə rəhbərlik edən nazirlərin - Mikayıl Cabbarovun və Oqtay Şirəliyevin fəaliyyətlərindəki ciddi nöqsanlarla əlaqələndirmək ən doğru yanaşmadır. Təhsil və Səhiyyə sistemində xalqın hər gün açıq-aşkar rast gəldiyi rüşvətxorluq və korrupsiya rüsvayçılığının başında bu iki nazirin dayandığına heç kim şübhə etmir. Təhsil və Səhiyyə sahələri elə sahələrdir ki, bu iki sistemlə birbaşa və ya dolayısı ilə əlaqəsi olmayan insan demək olar ki, yoxdur. Ona görə də təhsil və səhiyyə sistemində qeyd etdiyim rüşvətxorluq, qənimətçilik kimi iyrənc halların mövcudluğunu sübut etməyə və əlavə şərh verməyə heç bir ehtiyac yoxdur.
Məsələn, azyaşlı uşağı olub bağçaya qoymaq istəyən hər kəsin üzləşdiyi mənzərəni gəlin, qısaca təsvir edək. Azərbaycanda övladını bağçaya qoymaq istəyən hər bir valideyn bağçanın qapısına çatar-çatmaz, elə ilk məqamdaca əlahəzrət rüşvət deyilən ciddi maneə ilə üzləşir. Ondan miqdarı bağça müdiri tərəfindən müəyyən edilmiş rüşvət tələb olunur! Kimə və hara müraciət etməsindən asılı olmayaraq, valideyn ondan tələb olunan məbləği ödəmədən uşağının bağçaya getməsi işi müşkülə çevrilir!.. Nəhayətdə, heç kimdən və heç nədən çəkinmədən açıq-aşkar rüşvət alan bağça müdirləri öz istədiklərinə nail olur və nəticədə xalqın dövlətə və hökumətə bəslədiyi inama sarsıdıcı zərbə vurulur! Deyin görüm, bu, xalqa, dövlətə, dövlət başçısına ən böyük xəyanət deyil, bəs nədir!?
Başqa bir misal. Ölkənin bütün tam orta məktəblərinin X və Xİ siniflərinin dərslərini gedib izləyənlər burada şagirlərin davamiyyətinin çox zəif olduğunu müşahidə edirlər. Bu hal Bakı şəhərində də dəbdədi. Kənd rayonlarda isə ümumiyyətlə X və Xİ siniflərdə dərslər keçirilmir. Çünki həmin məktəblərdə maddi maraqlar toqquşaraq valideyn - məktəb direktoru - sinif rəhbəri - fənn müəllimləri razılaşmaları formalaşıb. Məktəblərdə dövlət vəsaiti hesabına bir qayda olaraq normal dərs keçilmədiyinə görə, valideynlər məcburiyyət qarşısında qalaraq, uşaqlarına normal bilik vermək üçün sövdələşəməyə gedirlər. Bu zaman direktor – sinif rəhbəri – fənn müəllimi birlikdə sövdələşərək, şagirdlərin jurnal göstəricilərini nizamlamaqla, həm dövlətdən, həm də valideyndən, birdən-birə iki yerdən pul qazanırlar! Uşqaları isə məktəbə yox, dərs əvəzinə hazırlıq kurslarına cəlb edib repititor kimi onlara fənn öyrədir və buna görə əlavə pul qazanırlar!.. Təhsilə rəhbərlik edənlər də bunun adını təhsil islahatı qoyub, “Boloniya təhsil sisteminə keçid” adı altında xalqa sırıyırlar! Beləliklə də cənab Prezidentin qəbul etdiyi “Təhsil haqqında Dövlət Proqramı” hədəfdən yayındırılır! Bəs, cənab nazir Mikayıl Cabbarov necə, bütün tam orta məktəblərdə mövcud olan bu rüsvayçılıqdan xəbəsizdirmi!?
Bir misal da səhiyyə sistemindən gətirək. Misaldan qabaq icazə verin, özümə bir sual verim; ümumiyyətlə, mən Azərbaycanda faktiki olaraq pulsuz səhiyyə xidməti görümüşəmmi?! Birmənalı olaraq etiraf edirəm ki, şəxsən mən və mənim yaxınlarım belə bir xidməti heç zaman görməmişik! Yeri gəlmişkən, bu yerdə xalq arasında formalaşmış bir deyimi yada salım: “...ölkəmizdə insanlar rüşvətlə doğulur, rüşvətlə yaşayır və rüşvətlə ölürlər!” Bu prosesdə səhiyyə sistemi öndə yer alır. Yəni, bizdə insan doğum evində rüşvətlə doğulur (inkar edənlər poçtuma yaza bilər), ömrü boyu sağlamlığını rüşvətlə qoruyur, rüşvətlə təhsil alır, rüşvətlə hərbi xidmətdən yayınır, rüşvətlə işə girir, rüşvətlə nigaha girir, rüşvətlə vəzifə alır, rüşvətlə yaşayır və rüşvətlə dəfn olunur!!! (hünərin var get, qəbirsanlıqdan pulsuz yer al görüm, necə alırsan?!) Nəhayət, günlərin birində xəstələnib evə “təcili yardım” çağırmaq zorunda qalırsan. Gəlirlər, o da iki-üç saatdan sonra, soruşursan ki, niyə belə gec gəldiniz? Sakitcə deyir ki, yolda tıxac vardı. Sonra təzyiqi ölçüb, nəbzini yoxlayıb, istifadə siyahısından çıxarılmış bir ağrıkəsicini yanına vurub, başqa dərmanımız yoxdu,- deyib, haqını alıb gedirlər! Bax, bizim səhiyyəmizin həqiqi siması budur! Bəlkə, cənab Oqtay Şirəliyev dediklərimizlə razılaşmır? Elə isə, gəlin, xalqdan soruşaq: Bu günkü səhiyyə xidmətindən razısınızmı!?.
Qeydlərdən belə nəticə çıxarmaq olar ki, Mikayıl Cabbarov və Oqtay Şirəliyev nazir kimi onlara cənab Prezident tərəfindən göstərilən yüksək etimadı doğrultmadılar, rəhbərlik etdikləri təhsil və səhiyyə kimi dövlətin ən vacib strateji sahələrində müsbətə doğru heç bir dəyişiklik edə bilmədilər. Ən əsası, bu sistemlərdə kök atmış rüşvətxorluğun və korrupsiyanın nəinki kökünü kəsdilər, tam tərsinə, təhsil və səhiyyə kimi dövlətin ən strateji sahələrini rüşvətxorluq və korrupsiya bataqlığına çevirdilər! Ona görə də hər iki nazir vəzifələrindən uzaqlaşdırılıb kənara qoyulmalı, fəaliyyətləri araşdırılmalı və lazım gələrsə, məsuliyyətə alınmalıdırlar!
Oxunma sayı:240

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası