• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Dərdimizi kimə deyək?..

Dərdimizi kimə deyək?..
“Abşeron gənclər” şəhərciyində natəmizlik hökm sürür

Bakı şəhərinin 7-ci kilometrliyində yerləşən Bakı-Sumqayıt yolunun üstündəki “AKKORD” şirkətinin tikib istifadəyə verdiyi “Abşeron gənclər” şəhərciyində yaşayıram. Artıq 6 ildir yaşadığım bu şəhərcikdə demək olar ki, yüksək sıxlıqda insan məskunlaşıb. Əhalinin sosial tərkibi çox qarışıqdır. Şəhərcikdə xeyli qaçqın ailələri də məskunlaşıb. Şəhərciyin elektrik təminatı çoxdan verilsə də, qazla təminatı son bir ildə təchiz olunub. Uzun müddət şəhərcikdə qazın olmaması əhalini elektrik enerjisindən istifadə etməyə məcbur etdi və bu da, xüsusən qış aylarında əhaliyə çox baha başa gəlirdi. Qazın yaxın müddətdə verilməsinə baxmayaraq, çox tez-tez kəsilir və bəzən şəhərcikdə günlərlə qaz olmur. Bu da təbii olaraq burada yaşayan hər kəsdə ciddi narazılıq yaradır.
Şəhərcikdə tikilib istifadəyə verilmiş binaların blokları, binaların ətrafı baxımsızlıqdan çox pis vəziyyətdədir. Liftlər və pilləkənlər natəmizdir, nəzarətsizlikdən kimin əlinə nə gəldi, bloka atır. Bloklarda sanitariya qaydalarına əməl edilmir. Binaların ətrafındakı səki və küçələr həddindən çox darısqaldır. Sakinlərin avtomobillərini park etmək üçün nəzərdə tutulmuş dayanacağın qiyməti həddindən şox baha olduğuna görə, heç kim orada avtomobil saxlamağa cürət etmir. Əksəriyyət maşınını binanın ətrafındakı küçələrdə saxlayır. Maşınların küçədə park edilməsi onsuz da dar olan küçəni bir qədər də daraldır və gecə saatlarında küçədən maşınla keçib getmək və yaxud xəstələrin üstünə gələn təcili yardım maşınlarının hərəkəti üçün yol tapmaq mümkün olmur.
Ən dəhşətli intizamsızlıq “Abşeron gənclər” şəhərciyində fəaliyyət göstərən ictimai iaişə və xidmət obyektlərində baş verir. Ümumiyyətlə, burada fəaliyyət göstərən xidmət obyektlərində, xüsusən ət və ət məhsulları, süd və süd məhsulları satılan obyektlərdə sanitar nəzarəti xidməti yoxdur, indiyədək görməmişəm. Satılan məhsulların zoobaytar və həkim nəzarətindən kənarda qalması mənşəyi bəlli olmayan ət və digər tez xarab olan malların nəzarətsiz satılması əhali arasında müxtəlif yolxucu xəstəliklərin yayılmasına münbit şərait yaradır. Obyektlərə nəzarət “AKKORD”un işçiləri tərəfindən aparılsa da, onları yalnız pullarını almaq maraqlandırır.
Şəhərcikdə yaşayan insanlar nəzarətsizlikdən və baxımsızlıqdan yaranmış dözülməz vəziyyət barədə komendata dəfələrlə şikayət etsələr də, vəziyyətin yaxşılığa doğru dəyişməsinin heç bir əlaməti hiss olunmur.
Ona görə də “Abşeron gənclər” şəhərciyində yaşayan insanlar hey deyinirlər: dərdimizi kimə deyək?!
Oxunma sayı:79

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası