• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

http://modern.az/uploads/news/sarkis-eliyev-putin1500268850.jpg

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir. Modern.az saytının xəbərinə görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “İzvestiya” qəzetinə bildirib.

Mənbə qeyd edib ki, prezidentlər arasındakı növbəti görüş 2017-ci ilin sonlarına qədər baş tutacaq. Onun sözlərinə görə, danışıqların növbəti raundunun əsas təşkilatçısı Rusiya olacaq.

“Moskva bu məsələdə əsas vasitəçidir. Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və Yerevanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuz nəticələnib. Konkret olaraq Fransa Bakı və Yerevanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. ”- deyə mənbə söyləyib.

Bildirilib ki, dialoq vacibdir və bunun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır.
Oxunma sayı:5

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası