• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Sumqayıt Səhiyyə İdarəsi: Ana doğuşdan sonra qanaxmadan ölüb - YENİLƏNİB

http://apa.az/upload/images/news/2017/july/14/big/hekim-xeste-xestexana.jpg

Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.
İdarənin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: “Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.
***
10.12
Sumqayıtda doğuş zamanı ana ölümü baş verib.
Sumqayıt şəhər 2 saylı Doğum Evindən APA-ya verilən məlumata görə, Gülsüm Əliyeva doğuşdan sonra qəflətən vəziyyəti pisləşib, görülən tədbirlərə baxmayaraq qadın ölüb.
Səhiyyə Nazirliyindən faktla bağlı araşdırma aparılandan sonra məlumat açıqlanacağı bildirilib.
Oxunma sayı:8

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası