• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


İlham Əliyevin Riqada rəsmi qarşılanma mərasimi oldu

http://apa.az/upload/images/news/2017/july/17/big/14349716502230715186.jpg

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra hədiyyələr təqdim edildi.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə Azərbaycan-Latviya sənədləri imzalanıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyev və Latviya prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.
APA-nın məlumatına görə, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, prezident İlham Əliyev və prezident Raymonds Veyonis “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzalayıblar.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.
*** 13.04
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə Azərbaycan-Latviya sənədləri imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışıb.

Görüşdə Azərbaycan prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olunub, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edildi və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.

Prezident Raymonds Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb.
“Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir”.

APA-nın məlumatına görə, bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O qeyd edib ki, Latviya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb: “Burada qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən sizə minnətdaram. Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik”.
"Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir”.

APA-nın məlumatına görə, bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir: “Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq”.
Oxunma sayı:11

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası